Newscenter.az.14.12.2021. Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Famil Əsədovdan bir ədəd müvafiq sənədləri olmayan “Tula” markalı, qoşalüləli ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.
Mehman