Newscenter.az.14.12.2021. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) YAP ərazi ilk partiya təşkilatının növbəti hesabat-seçki iclası keçirilib.
Newscenter.az xəbər verir ki, iclasda YAP Səbail rayon təşkilatının və RİNN-in rəhbər şəxsləri, eləcə də nazirliyin YAP ərazi ilk partiya təşkilatının üzvləri iştirak ediblər.
Tədbirdə 2017 – 2021-ci illər üzrə hesabat məruzəsi dinlənilib, gələcəkdə qarşıya qoyulan prioritet məqsədlər barədə müzakirələr aparılaraq təşkilatın fəaliyyətinə dair təkliflər irəli sürülüb.
Daha sonra nazirliyin YAP ərazi ilk partiya təşkilatının sədri vəzifəsinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparat rəhbərinin müavini Asif İsmayılovun, sədr müavini vəzifəsinə isə “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin aparıcı mütəxəssisi Lütfiyyə Həsənovanın namizədliyi irəli sürülüb və təklif səsə qoyulub.
Səs çoxluğu ilə Asif İsmayılov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin YAP ərazi ilk partiya təşkilatının sədri, Lütfiyyə Həsənova sədr müavini vəzifəsinə seçilib.
Sonda isə YAP Səbail rayon təşkilatının sıralarına yeni qoşulan əməkdaşlara partiya vəsiqələri təqdim edilərək gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Sevinc