Newscenter.az.14.12.2021. Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb.
Bu barədə Newscenter.az-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumata verilib.
Belə ki, rayon sakini Natiq Hüseynov karantin qaydalarını pozaraq yaşayış yerini tərk etdiyi müəyyən olunub. O, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.
Faktla bağlı araşdırmalar aparılır.
Mehman