Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Belçikada Azərbaycana dəstək nümayişi keçirilib



Newscenter.az.15.12.2021. Azərbaycan-Belçika Dostluq Cəmiyyəti Azərbaycana dəstək nümayişi təşkil edib.

Newscenter.az "TRT Haber"ə istinadən xəbər verir ki, Avropa Parlamentinin qarşısındakı Lüksemburq meydanına toplaşan nümayışçilər Azərbaycan və Türkiyə bayraqlarını qaldırıblar.

Aksiya iştirakçıları “Qarabağ Azərbaycandır”, “Allah türk millətini qorusun”, “ Azərbaycan və Türkiyə həmişə qardaşdır və bir yerdədir” kimi şüarlar səsləndiriblər.

Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin prezidenti Ayhan Dəmirçi bildirib ki, nümayişin keçirilməsində məqsəd Brüsseldə səfərdə olan Prezident İlham Əliyevə dəstək nümayiş etdirməkdir.

Qeyd edək ki, dekabrın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib. Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilib, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirilib.

Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəliblər. Eyni zamanda, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olunub. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib. Bildirilib ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcək.
Xəbəri paylaş