Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Brüssel görüşündə Ermənistan öhdəlik götürdü



Dəmir yolunun çəkilişinə tezliklə start verəcəyi ilə bağlı

Newscenter.az.15.12.2021. Dekabrın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü zamanı hər iki ölkə arasında kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olunub.

Newscenter.az xəbər verir ki, Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib.

Bildirilib ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcəkdir. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlinib.
Xəbəri paylaş