Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gündüz İsmayılov: "Bu gün bəzi dini qruplar müxtəlif təriqətlər arasında qarşıdurmalar yaratmağa çalışırlar"

Gündüz İsmayılov: "Bu gün bəzi dini qruplar müxtəlif təriqətlər arasında qarşıdurmalar yaratmağa çalışırlar"


Newscenter.az.15.12.2021. Vətəndaşların, xüsusilə uşaqların və gənc nəslin mənəvi sağlamlığını, ölkədə tarixən mövcud olan tolerantlıq ənənələrini və dözümlülük prinsiplərini qorumaq, inkişaf etdirmək dövlətin prioritet vəzifələrindən biridir.

Newscenter.az xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Lənkərənda “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusunda keçirilən seminarda çıxışı zamanı səsləndirib.

O qeyd edib ki, ideoloji müstəvidə din sahəsində mövcud olan problemlərdən biri də, dini kimliyimizin milli kimliyimizə qarşı qoyulmasıdır. Bu gün bəzi dini qruplar bunu məqsədli şəkildə edirlər və bununla da, müxtəlif təriqətlər arasında qarşıdurmalar yaratmağa çalışırlar.

Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsirini də izah edən G.İsmayılov vurğulayıb ki, yad dini-ideoloji qüvvələrə qarşı mübarizədə effektiv dini maarifləndirmə tədbirlərinin aparılması vacibdir.

Mehman
Xəbəri paylaş