Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan İlham Əliyevin şərtlərinə əməl etməyə məhkumdur



Newscenter.az.15.12.2021. Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşü siyasi baxımdan Azərbaycanın milli maraqlarını və mənafeyini əks etdirməklə müsbət nəticələrin əldə edilməsində irəliyə doğru növbəti addım kimi qiymətləndirilməlidir.

Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi və Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu diqqətə çatdırıldı. Bu, birmənalı olaraq Avropanın ərazi bütövlüyünü dəstəklədiyi Azərbaycanın işağldan azad edilmiş ərazilərində başlatdığı bərpa-quruculuq, reinteqrasiya proseslərinə töhfə vermək niyyətinin ifadəsi olmaqla, növbəti mərhələlərdə infrastruktur və iqtisadi layihələrə qoşulmaq istəyindən xəbər verir. Bu da Avropa-Azərbaycan münasibətlərinin yeni mərhələdə - Qarabağ və Şərqi-Zəngəzurun da daxil olduğu post-müharibə və proinkişaf proqramları çərçivəsində yaxın təmaslar quracığını təsdiqləyir.

Azərbaycan Prezidenti İlham Əliyevin regionda dayanıqlı sülhün təmin edilməsi və çoxtərəfli əməkdaşlıq mühitinin yaradılması və bütün kommunikasiyaların rifah üçün istifadəyə verilməsi təşəbbüskarlığı ilə yürütdüyü qəti siyasi xətt Brüssel görüşünüdə bir daha özünü nümayiş etdirdi. Görüşdə kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olundu və pozitiv mesajlar verildi.

Cənab İlham Əliyev Paşinyanın məntiqsiz iddialarının bu dəfə də hüquqi yoxluğa söykəndiyini konkret faktlarla sübut etdi. Qəti və prinsipial şəkildə bəyan etdi ki, Zəngəzur dəhlizi və Laçın dəhlizindən istifadə rejimi eyni olmalıdır. Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, Azərbaycan da Laçın dəhlizində gömrük postu quracaq. Başqa yol yoxdur, ya dəhlzilər açılacaq, ya da Laçınla Qarabağda yaşayan ermənilərin kommunikasiyası sual altına düşə bilər. Bu o deməkdir ki, Zəngəzur dəhlizinin açılması geriyədönməz reallıqdır.

Beləliklə, Avropa Birliyinin bundan sonra həm Şərq Tərəfdaşlığının yeni dalğasında, həm də Azərbaycan və Türkiyənin xüsusi dominant olduğu nəqliyyat dəhlizlərində yer almaq və kommunikasiyalardan istifadə edilməklə həyata keçiriləcək tranzit layihələrinə qoşulmaq təşəbbüskarlığından xəbər verir. Bu da ölkəmizin strateji maraqlarına tam uyğundur.

Digər bir mühüm xətt Brüsseldə Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəfin müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəlməsidir. Beləliklə, Azərbaycanın hər zaman qəti şəkildə üzərində dayandığı sovetlər dövründəki xəritələrə əsaslanmaqla demarkasiyanın ədalətli və hər tərəfin mənafeyinə uyğun tamamlanmasına dair bəyanatı Avropa masasında da yeganə hüquqi mexanizm olduğu təsdiqləndi.

Azərbaycan özünün siyasi prinsipiallıq xəttinə sadiq qalaraq regiondakı prosesləri tam diqtə etməklə Ermənistanı masada əyləşməyə və Sülh sazişinin imzalanmasından başqa yolu olmadığını gerçək reallıq kimi qəbul etdirdi. Beləliklə, Soçi görüşündə cığallıqlar etməyə yeri qalmayan Nikol Paşinyan Brüsseldə də Azərbaycan Prezidentinin şərtlərinə əməl etməyə məcburdur.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor
Xəbəri paylaş