Newscenter.az.15.12.2021. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu gün İsmayıllı rayonunda olub. Onu səfər zamanı futbol veteranı Vəli Qasımov müşayiət edib.
Newscenter.az Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, E. Məmmədov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovla birlikdə rayon ərazisinda AFFA tərəfindən inşa edilən süni örtüklü meydançanın açılışında iştirak edib.
İsmayıllını təmsil edən müxtəlif uşaq komandalarının üzvlərinə AFFA tərəfindən idman geyimləri, çanta, top hədiyyə olunub. Elxan Məmmədov, Nahid Bağırov və Vəli Qasımov uşaqlarla birgə futbol oynayıb.
Ruhiyyə