Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağdamda traktor minaya düşüb



Newscenter.az.16.12.2021. Ağdamın işğaldan azad edilən Baş Qərvənd kəndi ərazisində traktor tank əleyhinə minaya düşüb.

Bu barədə "Report"a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Qeyd olunub ki, nəticədə texnikaya ciddi ziyan dəyib: "İlkin məlumata görə, sürücü xəsarət almayıb".

Faktla bağlı araşdırma aparılır.

XXX

Dekabrın 16-da saat 13 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Baş Qərvənd kəndi ərazisindəki Xaçınçay çayının ətrafında yol-tikinti işləri ilə məşğul olan şirktlərdən birinin əməkdaşı, Oğuz rayon sakini Əhməd İdrisov idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, nəticədə xəsarət alan olmayıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
Xəbəri paylaş