Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın prioritet hədəfi bölgəmizin qlobal toqquşma məkanına çevrilməməsinə yönəlmişdir

 Azərbaycanın prioritet hədəfi bölgəmizin qlobal toqquşma məkanına çevrilməməsinə yönəlmişdir


Newscenter.az.16.12.2021. Bəzi ermənipərəst, türk düşmanı olan dünya güclərinin Azərbaycanın 44 günlük Vətən Müharibəsində əldə etdiyi qələbəni və onun nəticələrini, regionumuzda yaranmış reallıqları həzm edə bilmədiyini “əsas götürərək” və buna arxalanaraq Ermənistan, xüsusilə də, bu “ölkənin” qondarma erməni xülyalarından əl çəkmək istəməyən, revanş hissi ilə alışıb-yanan faşistpərəst qüvvələri,

10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il, eləcə də Soçi şəhərində qəbul edilmiş 26 noyabr 2021-ci il tarixli məlum sənədlərdə nəzərdə tutulan bəndləri sobataj etmək, hər bəhaə ilə onlardan yayınmaq yolunu tutublar. Qeyd edilən sənədlərdə nəzərdə tutulan bəndlərlə razılaşmaq istəməyən, onların icrasından yayınan Ermənistan öz məqsədlərinə çatmaq, öz gündəliyini Fransa başda olmaqla Qərbin anti-Azərbaycan, anti-Türkiyə qüvvərinə sırımaq üçün,

15 dekabrda Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə aparılan danışıqlara böyük ümid bəsləyirdi, baxmayaraq ki, Soçi görüşü Ermənistanın bu istəyinin baş tutmayacağı anonsunu vermişdi. Görüşdə əldə edilmiş razılaşmaların tam təfərrüatı məlum olmasa da, Şarl Mişelin bəyanatından aydın olur ki, Ermənistan öz istəyinə nail ola bilməmişdir. Brüssel görüşündə Ermənistanı başa salıblar ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il tarixli məlum sənədlərin bəndləri əsasında aparılmalıdır,

Qərb də artıq bunu qəbul edib və Ermənistanın bunlarla razılaşmaqdan başqa çıxış yolu yoxdur! Görüşdə Prezident İlham Əliyev bir daha vurğulamışdır ki, Azərbaycan bir nömrəli prioriten hədəfinə nail olmuş, dövlətimizin ərazi bütövlüyü təmin edilmişdir, Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşmuşdur, mövcud deyildir! İndi Azərbaycanın prioritet hədəfi bölgəmizin qlobal toqquşma məkanına çevrilməməsinə yönəlmişdir və bu məqsədə nail olmaq əzmindədir. Necə deyərlər-top Ermənistanın meydançasındadır və bu qondarma dövlətin gələcək taleyi ermənilərin onunla necə rəftar edəcəklərindən asılıdır.

Teyyub Əliyev-Azərbaycan Təkamül Partiyasının sədri
Xəbəri paylaş