Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq Türk Dili Günü toplantısı keçirilib-FOTOLAR



Newscenter.az.16.12.2021. UNESCO-nun Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistan Milli Komissiyaları tərəfindən həyata keçirilən prosesin sonunda V.Tomsenin Orxon Yazılarını oxuduğunu elan etdiyi 15 dekabr tarixi Beynəlxalq Türk Dili Günü olaraq qeyd olundu.

Newscenter.az Beynəlxalq Türk Akademiyasına istinadən xəbər verir ki, bu məqsədlə, Pamukkale Universiteti, Pamukkale Universiteti Altay Topluluqları Dil və Mədəniyyətləri Araşdırma Mərkəzi, Avrasiya Yazarlar Birliyi, UNESCO Türkiyə Milli Komissiyasının təşkilatçılığı onlayn konfrans təşkil olunub.

Tədbirdə çıxış edən Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Dr. Füzuli Məcidli bu tarixi günün əhəmiyyətini qeyd edib və Akademiyanın bu istiqamətdə fəaliyyəti barədə məlumat verib. O qeyd edib ki, UNESCO Türkiyə Milli Komissiyasının başlatdığı prosesə dəstək vermək məqsədilə Türk Akademiyası 2018-ci ilin aprel ayında UNESCO-nun Parisdəki mənzil-qərargahında “Mənəvi yenilənmə və mədəni miras: keçmişdən gələcəyə türk dili” mövzusunda beynəlxalq forum keçirib. Foruma Altaylardan Avraopaya qədər bir çox türk xalqlarının təmsilçiləri qatılaraq öz doğma dillərində məruzələr ediblər.

F.Məcidli Beynəlxalq Türk Akademiyası rəhbərliyinin Türk dilinin UNESCO-nun rəsmi dilləri sırasına daxil edilməsi məqsədilə həyata keçirilən prosesə dəstək göstərməyə davam etməkdə qərarlı olduğunu ifadə edib.

Tədbirdə Türk ölkələrindən nüfuzlu alimlər, türkoloqlar, Türk əməkdaşlıq təşkilatlarının rəhbər şəxsləri və nümayəndələri, dövlət qurumlarının təmsilçiləri iştirak ediblər.

Mehman
Xəbəri paylaş