Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Xidməti ilə İslam İnkişaf Bankı arasında görüş keçirilib



Newscenter.az.16.12.2021. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə İslam İnkişaf Bankının nümayəndələri arasında görüş keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli, Xidmətin struktur bölmə rəhbərləri, İqtisadiyyat nazirliyinin nümayəndələri və İslam İnkişaf Bankının Ölkə üzrə əməliyyat meneceri Fərid Xanın başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

Görüş zamanı Azərbaycanda Halal sənayenin cari vəziyyəti və bu istiqamətdə gələcək planlara dair fikir mübadiləsi aparılıb. Bununla yanaşı, İİB-in “Əks Əlaqə və Texniki Əməkdaşlıq Proqramı” vasitəsilə Azərbaycanda Halal ekosistemin inkişafına dəstək göstərilməsi istiqamətində potensial əməkdaşlıq imkanları müzakirə edilib.

Tədbirdə Azərbaycanda Halal sənayenin təkmilləşməsi üçün təhlillərin, texniki dəstəyin və bu sahənin inkişafı üçün yol xəritəsinin formalaşmasının vacibliyi vurğulanıb. Müzakirələr nəticəsində İslam İnkişaf Bankı ilə Dövlət Xidməti arasında Azərbaycanda Halal ekosisteminin inkişafı üçün əməkdaşlığa dair razılıq əldə olunub.

Sevinc
Xəbəri paylaş