Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hacıqabulda oğurluq edən iki nəfər şəxs saxlanılıb



Newscenter.az.16.12.2021. Hacıqabul rayon sakini P.Poladov dekabr ayının 15-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, yaşadığı evin həyətyanı sahəsindən bir ədəd 350 manat dəyərində olan su matorunun, mətbəx ləvazimatı və avtomobilinə məxsus dəyəri 500 manat olan ehtiyat hissəsinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı barədə məlumat verib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən rayon sakinləri Hümmət Rəhmanov və Kamran Nəcəfov saxlanılıblar.

Dindirilmə zamanı həmin şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar aparılır.

Mehman
Xəbəri paylaş