Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabirabadda taksi sürücülərinə qarşı quldurluq edilib



Newscenter.az.16.12.2021. Sabirabadda taksi sürücülərinə qarşı quldurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Sabirabad və Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabr ayının 9-da Sabirabad rayonu ərazisində iki taksi sürücüsünə bıçaqla xəsarət yetirərək, pullarını quldurluq yolu ələ keçirən şəxs saxlanılıb.

Araşdırmalarla onun Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Adəm Namazov olduğu müəyyən edilib.

A.Namazov ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun taksi fəaliyyəti ilə məşğul olan daha beş sürücünün pullarını quldurluq və dələduzluq yolu ilə ələ keçirdiyi də müəyyənləşdirilib.

Faktla bağlı saxlanılan şəxs barəsində Sabirabad RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Adəm Namazovun cinayət əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Sabirabad RPŞ-nə müraciət etmələri xahiş olunur

Mehman
Xəbəri paylaş