Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk dünyasının üç tanınmış aşığının yubiley tarixləri ilə əlaqədar poçt markası dövriyyəyə buraxılıb



Newscenter.az.16.12.2021. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC tərəfindən türk dünyasının üç anınmış aşığı – Aşıq Ələsgər, Jambıl Jabayev və Yunus Emrenin yubiley tarixləri ilə əlaqədar poçt markası dövriyyəyə buraxılıb.

Newscenter.az nazirliyə istinadən xəbər verir ki, markanın üzərində hər üç aşığın portreti və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun loqosu təsvir olunub.

5 min tirajla çap olunan markanın rəssam-dizayneri Orxan Qarayevdir.

Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi hazırlanıb.

Qeyd edək ki, marka Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun sifarişi əsasında çap edilib.

Sevinc
Xəbəri paylaş