Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xaçmaz sakinlərindən narkotik vasitələr aşkarlanıb



Newscenter.az.16.12.2021. Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Newscenter.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakinləri Sərdar Şirinov və Elnur Mustafayev saxlanılıblar. Həmin şəxslərin üzərinə baxış keçirilən zaman kustar üsulla hazırlanmış narkotik vasitə heroin və marixuana aşkar olunaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Mehman
Xəbəri paylaş