Newscenter.az.16.12.2021. Bir sıra tarixi əsərlər müəllifi, hüquq üzrə fəlsəfə doktoru, sabiq millət vəkili Cahangir Hüseynovun yenicə çapdan çıxan "Yeni Qarabağnamə-Qarabağ Azərbaycandır" adlı kitabının təqdimat mərasimi keçirilib. Azərbaycan Yazıçılar Birliyindən baş tutan təqdimat mərasimində respublikanın elm adamları, AYB-nin rəsmiləri, tanınmış ictimai-siyasi xadimlər iştirak edib.
Təqdimat mərasimində sözügedən kitabın ərsəyə gəlməsi, onun işıq üzü görmə zərurətindən danışan Cahangir Hüseynov deyib ki, Qarabağla bağlı tarixi faktlar, reallıqların əks olunduğu kitab Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərinə həsr edilib. Cahangir Hüseynov deyib ki, "Yeni Qarabağnamə-Qarabağ Azərbaycandır" kitabı Qarabağla bağlı bütün gerçəklikləri özündə əks etdirib: "İkinci Qarabağ müharibəsində tarixi Zəfər əldə edərkən belə bir qərara gəldim ki, özümü bu sahədə də sınayım.
Keçmiş millət vəkili onu da deyib ki, kitabda Birinci və İkinci Qarabağ müharibəsi ilə yanaşı, eyni zamanda Qarabağın bütün tarixi, eramızdan əvvəldən tutmuş müasir dövrə qədər olan dövrü araşdırılıb:
Təqdimat mərasimində çıxış edən ictimai-siyasi xadimlər, tanınmış elm adamları "Yeni Qarabağnamə-Qarabağ Azərbaycandır" adlı kitabın məziyyətlərindən, tariximizin üzə çıxarılması baxımından əhəmiyyətindən danışıb, sabiq millət vəkilinə yeni yaradıcılıq uğurları arzulayıblar.
Qeyd edək ki müəllif kitabın sonunda hər iki ölkənin, həm Azərbaycan, həm də Ermənistanın dövlət rəhbərləri, parlament sədrləri, dini rəhbərləri, siyasi partiya liderləri və QHT-lərinə müraciət ünvanlayıb. Həmin müraciət bir neçə dildə çap edilib. Müraciətdə müəllif hər iki tərəfi sülhə səsləyir.
Məlumat üçün onu da qeyd edək ki, Cahangir Hüseynov çoxsaylı əsərlərin müəllifidir. Onun "Yeni Qarabağnamə-Qarabağ Azərbaycandır" kitabından əvvəl bir neçə kitabım işıq üzü görüb. Bu sıraya "Mənim fikir və düşüncələrim", "Azərbaycan Nadir Əfşar dövləti", eləcə də xidməti-siyasi fəaliyyətimə dair 6-ya yaxın kitabı həm Bakıda, həm də İstanbulda nəşr olunub.