Azərbaycan 66 adda yeni silah və hərbi texnika istehsal edəcək
Tarix: 17-12-2021, 14:30
Newscenter.az.17.12.2021. “Hazırda 66 adda müasir tipli silah və hərbi texnikalar yaradılmaq üzrədir”.
“Report” xəbər verir ki, bunu müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, gələn ilin birinci yarısında silah və teznikaların seriyalı istehsalına başlanılması planlaşdırılır.