Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

«Azərenerji»də qanvermə aksiyası keçirilib



Newscenter.az.17.12.2021. Bu gün Millil Hematologiya və Transfuziologiya Mərkəzinin təşəbbüsü, “AzərEnerji” ASC-nin təşkilatçılığı ilə talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlara kömək məqsədi ilə könüllü qanvermə aksiyası keçirilib.

Qeyd edək ki, 2005-ci ilin fevral ayında Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva insanların həyatlarını xilas etmə yönündə nəcib təşəbbüslə “Talassemiyasız həyat Naminə” proqram layihəsinin başlanmasını elan edib və həmin gündən başlayaraq, “Azərenerji” ASC də bu layihənin ən fəal davamçılarından birinə çevrilib.

Newscenter.az xəbər verir ki, “Azərenerji” ASC-nin Baş İdarəetmə, Elm, Tədris və Labaratoriya Kompleksinin binasında keçirilən qanvermə aksiyasında səhmdar cəmiyyətin 130 nəfərdən artıq əməkdaşı xəstə uşaqların sağlamlığı, onların qanla təmin olunması üçün xoşməramlı və xeyirxah missiyada könüllü iştirak ediblər.

Qanvermə aksiyası karantin rejiminin tələblərinə uyğun olaraq, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla xüsusi qrafiklə həyata keçirilib.

Sevinc
Xəbəri paylaş