Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Dopinq vasitələrinin gömrük sərhədindən qanunsuz keçirilməsi hallarının qarşısının alınması" mövzusunda təlim keçirilib



Newscenter.az.17.12.2021
. Dekabrın 17-də Ümümdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "Dopinq vasitələrinin Azərbaycan Respublikası gömrük sərhədindən qanunsuz keçirilməsi hallarının qarşısının alınması" mövzusunda təlim keçirilib.

Newscenter.az DGK-ya istinadən xəbər verir ki, AMADA-nın ekspertlərinin apardığı təlim gömrük əməkdaşları üçün nəzərdə tutulub.

Seminarda Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük-xidməti general mayoru Cavad Qasımov çıxış edərək dopinq vasitələrinin gömrük sərhədindən qanunsuz keçirilməsinə qarşı mübarizə fəaliyyətinin gücləndirilməsi və insan sağlamlığı üçün zərərli və təhlükəli bu maddələrin daxili bazara çıxarılmasının qarşısının alınması məqsədilə 2017-ci ildə "Azərbaycan Milli Antidopinq Agentliyi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi arasında əməkdaşlıq haqqında Memorandum"un müddəalarına uyğun olaraq keçirilən bugünkü təlimin əhəmiyyətindən danışıb. Cavad Qasımov qeyd edib ki, dopinq və qanunsuz maddələrə qarşı mübarizədə özəl qurumlarla yanaşı, dövlət orqanlarının da üzərinə mühüm vəzifələr düşür. DGK sədrinin müavini bu təlimin Dövlət Gömrük Komitəsi ilə Azərbaycan Milli Antidopinq Agentliyi arasındakı əməkdaşlıq əlaqələrinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli rəhbəri olduğu agentliyin yarandığı qısa müddət ərzində ölkə idmanının müdafiəsi sahəsində gördüyü işlər barədə geniş məlumat verib. Agentliyin idmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə məqsədi ilə yaradıldığını söyləyən direktor bu istiqamətdə aidiyyəti təşkilatlarla əməkdaşlıq əlaqələrindən bəhs edib.

Şəfəq Hüseynli Dövlət Gömrük Komitəsi ilə əməkdaşlığın da dopinq vasitələrinin ölkənin gömrük sərhədindən qanunsuz keçirilməsinə qarşı mübarizəni gücləndirdiyini, idmanda bu sahədə qanunvericiliyin, antidopinq qaydalarının, beynəlxalq standartların, eləcə də Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilə və razılaşmaların tələblərinə əməl olunmasına müsbət təsir etdiyini vurğulayıb.

Daha sonra təlim başlayıb.

Təlim müddətində antidopinq sahəsində ümumi məlumat, qadağan edilmiş maddələr, beynəlxalq təcrübədən misallar və digər mövzulara toxunulub, iştirakçıların sualları cavablandırılıb.

Sevinc
Xəbəri paylaş