Newscenter.az.17.12.2021. Dekabrın 17-də Dövlət Gömrük Komitəsində gömrük təmsilçiliyi fəaliyyətilə məşğul olan şirkətlərin gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisləri üçün növbəti, sayca 18-ci imtahan keçirilib.
Newscenter.az DGK-ya istinadən xəbər verir ki, imtahan prosesində Dövlət Gömrük Komitəsinin imtahan komissiyasının üzvləri və aidiyyəti qurumların nümayəndələri də iştirak edib.
Komissiya üzvləri çıxış edərək gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisləri üçün keçirilən imtahanların səmərəli təşkilindən və effektivliyindən söhbət açıb, iştirakçılara uğurlar arzulayıblar.
Qeyd edək ki, ixtisas attestatının əldə edilməsi üçün keçirilən imtahanda gömrük təmsilçiliyi fəaliyyətilə məşğul olan 20 şirkətdən 42 nəfər iştirak edib, onlardan 2 nəfər uğurlu nəticə qazanıb.
Sevinc