Newscenter.az.17.12.2021. Milli Olimpiya Komitəsinin VIII Hesabat-seçki Baş Məclisinin iclasında İcraiyyə Komitəsinin seçkiləri keçirilib.
Newscenter.az xəbər verir ki, Çingiz Hüseynzadə, Fərid Qayıbov, Azər Əliyev, Zemfira Meftaxetdinova, Nazim Hüseynov, Namiq Abdullayev, Fərid Mansurov, Faiq Qarayev, Mariana Vasileva və Ramil Hacı ilə birlikdə millət vəkili Könül Nurullayeva da komitənin üzvü seçilib. K.Nurullayeva məsələ ilə bağlı fikirlərini bölüşüb:
“Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə idmanın inkişafı ölkəmizdə daim dövlətin diqqət mərkəzində olmuşdur. Elə bu səbəbdəndir ki, ölkəmiz ən mötəbər idman yarışlarına ev sahibliyi etmiş, bu sahədə dünyada böyük nüfuz sahibi olmuşdur. MOK-a yenidən üzv seçilmək mənim üçün böyük qürur və məsuliyyətdir. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla, eyni zamanda səsvermədə iştirak edən MOK-un hər bir dəyərli üzvünə mənə göstərdikləri etimada görə dərin minnətdarlığımı bildirirəm. Uzun illər idman sahəsində, o cümlədən MOK-da çalışmış biri kimi söz verirəm ki, bundan sonra da ölkəmizdə idmanın inkişafı üçün əlimdən gələni əsirgəməyəcək, həmçinin yerli və beynəlxalq idman tədbirləri üzrə fəaliyyətimi genişləndirərək, doğma Azərbaycanımın təbliğatı istiqamətində var gücümlə çalışacağam.”
Xatırladaq ki, Hesabat-seçki Baş Məclisinin iclasında Prezident İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib.
Ruhiyyə