Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Quba sakinlərindən “patı” və metadon aşkarlanıb



Newscenter.az.17.12.2021. Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Newscenter.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınmasında şübhəli bilinən rayon sakinləri Yunis Rəhimov və Rza Əliyev saxlanılıblar. Həmin şəxslərin üzərinə baxış keçirilən zaman “patı”, “şüşə” adlandırılan psixotrop maddə metamfetamin və narkotik vasitə olan metadon həbləri aşkar olunaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Mehman
Xəbəri paylaş