Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin şəhid əməkdaşlarına həsr olunmuş tədbir-sərgi təşkil edilib



Newscenter.az.17.12.2021. Azərbaycan İstiqlal Muzeyində 44 günlük Vətən müharibəsi şəhidlərinə həsr olunan “Qəhrəmanlar Can Verir Yurdu Yaşatmaq üçün” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib. “Tarix yazanlar, tarixdə yaşayanlar” adlı tədbir-sərgi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin şəhid əməkdaşlarına həsr olunub.

Newscenter.az xəbər verir ki, mərasimdə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış “Aztelekom” MMC-nin əməkdaşı polkovnik-leytenant Nail Orucov, “Azərpoçt” MMC-nin əməkdaşı baş leytenant Rəşad Rəhimov, “Bakı Telefon Rabitəsi” MMC-nin əməkdaşları – əsgər Şəhriyar Qasımov və Nurəhməd Ulubəyov, Hərbiləşdirilmiş Mühafizə İdarəsinin əməkdaşı əsgər Elnur Qarayevin həyatının müxtəlif illərinə, xidməti fəaliyyətlərinə aid olan əşyalar, fotolar, sənədlər nümayiş etdirilib.

Tədbirdə şəhidlərimizin ailə üzvləri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və müvafiq qurumların əməkdaşları iştirak ediblər.

Sərgi 22 dekabra qədər davam edəcək.

Sevinc
Xəbəri paylaş