Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Tofiq Yaqublu prodakşn”ının baş tutmayan yeni şousu



Newscenter.az.17.12.2021. Milli Şuranın üzvü Tofiq Yaqublunun dekabrın 3-də polis tərəfindən döyülmə şousu baş tutmadıqdan sonra son günlər üzvlərinin müxtəlif video,səsyazıları və digər biabırçılıqları ilə məşhurlaşan dirnaq arasi qəhrəmanlar dünən yenə şəhərin mərkəzində, xüsusilə də sıravi vətəndaşların gəzərək istirahət etdiyi yerlərdə çoxluq görüntüsü yaratmaq məqsədilə icazəsiz aksiya keçirməyə, polis əməkdaşlarını provokasiyaya çəkməyə çalışdılar.Əslində, bu bir şou idi. Ona aksiya demək olmaz.

"Aksiyada" ən maraqlı görüntü isə son günlər Paşinyan kimi "mətin inqilabçı" Tofiq Yaqublunun radikal müxalifət düşərgəsinin amorf qruplaşması, ermənipərəst dairələrin pullarının hesabına idarə etdiyi bahalı maşınıdır.Bir müddət öncə rayonların birində görüş keçirən zaman insanlara “pul verəcəyik” deyib həmin tədbirə çağırmışdı və sonda da maşına minib heç “sağol” belə deməyib, aradan çıxmış "inqilabçı".Bu qədər dərd-sər azmış kimi, indi də qoca rejissor Tofiq Yaqublu radikal müxalifətə dərd olub.Dağıdıcıların ümidi yenə qoca rejissora qalıb. Onun isə montaj otağından “çıxmaq” fikri yoxdur.Görünən odur ki, bu adam hər dəfə özü-özünü dolaşdırır. Çünki bütün fəaliyyəti yalan üzərində qurulub.Belə yerdə deyirlər ki, “ağası gülüm olanın, başına külüm olar”. Bir halda ki, “Milli Şura”nın “strategiyasını” Tofiq Yaqublu kimi adamlar müəyyənləşdirə, onda bu qurumdan nə gözləyəsən? Bunlar siyasət meydanı ilə kinostudiyanı səhv salıblar. Daha dəqiq desək, siyasi məsələlərə kino çəkilişlərində istifadə etdikləri priyomlarla yanaşırlar.
Necə ola bilər ki, cıxardığınız savadsız qadın dəstəsi əhalinin 90 faizinin hakimiyyətdən narazı olduğu iddia edilən ölkədə “birləşmiş” müxalifətin uzun müddət ərzində ciddi-cəhdlə, təmtəraqla hazırlaşdığı aksiyada cəmi 8-9 adam yığa bilir. Bu fakt göstərir ki, əslində, əhalinin 99,9999999 faizi müxalifəti, “Milli şura”nı tanımır, qəbul etmir.Yerdə qalan sizlər isə öz diliniz ilə "Böyük Ermənistan" şəninə sağlıq deyən, "rəzil Paşinyanı" özünüzə lider kimi arzu edən,eləcə də, "Əylisli yaradıcılığından" bəhrələnən naqis ünsürlərsiz...

Toplantıda cıxış edənlər isə Avropada cətin tərbiyə olunan tezisyazanlar ordusu, konyuktur çıxışçılar, tutuquşu ekspertlərin dediyi şablonları təkrar edirdi.Bir ana, qatil oğluna azadlıq istəyir, bir xanım iş axtarır.Müxtəlif fikirlərlə cıxış edən boş beyinlər yığını.Yox, bu, artıq Milli Şura deyil, haradasa Komedi-klab (“Komediya klubu”) kimi bir şeydir... Xalq bu dəfə də onların arxasınca getmədi. Xalq hər şeyi görür. O, müdrikdir. Bilir ki, ictimai xadimin missiyası öz maraqlarını yox, elə həmin bu binəsib xalqın (hansı ki, xalq özünü heç də binəsib və məzlum saymır) maraqlarını müdafiə etməkdir.Yeni inqilaba səmimi-qəlbdən inanan 8-9 yeni aldadılmış adamlardan heyf... Onlar xalqa bu inqilabı verə bilmədilər. Onlar hətta heç faciələrini də layiqli şəkildə yaşaya bilmədilər... Yenə komediya alındı...Bu faktın özü radikal müxalifətin nə dərəcədə miskin və acınacaqlı durumda olduğunu əyani şəkildə nümayiş etdirir. Yəni yalanı hər addımda ifşa olunan radikallar, ağız dolusu “xalqın dəstəyi” barədə danışan “liderciklər” bütün hazırlıqlara baxmayaraq,
bu dəfədə öz rəzilliyi ilə siyasi mübarizə meydanından hər zamankı kimi məğlub, üzüqara qayıdan şou əhli oldu.

Xalqın nifrətinə tuş gəldikləri üçün isə bütün ümidlərini xaricdə olan, müstəqil Azərbaycanın varlığına qarşı çıxan qüvvələrə bağlayıblar.
Yazımı Qüdrətli Sərkərdə İlham Əliyevin andiçmə mərasimindəki səsləndirdiyi fikirlə bitirmək istəyirəm: "Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun. Biz bundan sonra da demokratik inkişafla bağlı səylərimizi artıracağıq, gələcək fəaliyyətimizdə də bu istiqamət önəmli yer tutacaqdır".


Aygül Bağırova
YAP fəalı
Xəbəri paylaş