Newscenter.az.17.12.2021. Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə-Qazaxıstan qardaşlıq parkı salınacaq. Bu barədə məlumatı Newscenter.az-a Avrasiya İqtisadi Əlaələr Dərnəyinin (EkoAvrasiya) sədri Hikmət Eren verib.
Hikmət Eren bildirib ki, bu məqsədlə sözügedən parkın təməlqoyma mərasimi keçirilib. Mamak bələdiyyə sədri Murad Kösənin himayəsi, EkoAvrasiya və Qazaxıstanın Türkiyədəki səfirliyinin təşkilatçılğı ilə baş tutan tədbirdə hər iki ölkədən olan müxtəlif sahələrin təmsilçiləri də iştirak edib.
Qeyd edək ki, 16 sot ərazini əhatə edəcək Türkiyə-Qazaxıstan qardaşlıq parkında Türk tarixinin bənzərsiz əsərlərindən olan Bigə Tonyukuk abidəsi də inşa olunacaq.
NEWSCENTER.AZ