Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Ordusu yeni tırtıllı və xizəkli texnika alıb



Newscenter.az.18.12.2021. Azərbaycan Ordusu üçün yeni tırtıllı və xizəkli texnika vasitələri alınıb.

Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yeni texnika ilə qarla örtülmüş çətin relyefli ərazilərdə şəxsi heyətin, o cümlədən yüklərin fasiləsiz daşınması təmin edilir.

Qeyd edək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı yeni texnikalara baxış keçirib.
Xəbəri paylaş