Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Mini Robotun sərgüzəştləri” layihəsinin iştirakçıları Gəncədə yerləşən STEAM Mərkəzində olublar



Newscenter.az.18.12.2021. Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant müsabiqəsinin qalibi olan “Mini Robotun sərgüzəştləri” layihəsinin iştirakçıları Gəncədə yerləşən STEAM Mərkəzində olublar.

Newscenter.az xəbər verir ki, şagirdlərə mərkəzin fəaliyyəti haqda geniş məlumat verilib, burada keçirilən müxtəlif tədbirlərdən, layihələrdən, dərslərdən danışılıb. Bildirilib ki, STEAM düşüncəsi və metodikası, XXI əsr bacarıqları, fənlərarası əlaqə, layihə əsaslı öyrənmə, innovativ təlim metodikaları kimi istiqamətlər şagirdlərin bilik və bacarıqlarının artırılmasına xidmət edir. Şagirdlər ekskursiya zamanı “3D çap”, “Elektrik mühəndisliyi”, “Biotexnologiya”, “Nanotexnologiya”, “Robototexnika”, “CNC lazer kəsiciləri” avadanlıqları ilə yaxından tanış olublar.

Göygöl rayonu 8 Mart kənd ümumi orta məktəbin kimya müəllimi Kəmalə Nəhmədovanın rəhbəri olduğu “Mini Robotun sərgüzəştləri” layihəsinin iştirakçıları STEAM Mərkəzində “Dronların idarə olunması” mövzusunda dərs keçib, dron və robotları idarə ediblər.

R.Mehdiyeva
Xəbəri paylaş