Newscenter.az.19.12.2021. Azərbaycanın kikboksinq üzrə məşqçisi Ceyhun Abbasov koronavirusdan dünyasını dəyişib.
Bu barədə "Report"a Azərbaycan Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti Güloğlan Cabbarov məlumat verib.
Onun sözlərinə görə, Abbasov 46 yaşında müalicə aldığı "Yeni Klinika"da vəfat edib. Mütəxəssis 2 həftədən çox süni tənəffüs aparatında olub.