Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermınistan tərəfi anlamağa başlayır ki,....



Newscenter.az.19.12.2021. 14 dekabr 2021-ci ildə Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı Şərq Tərəftaşlığı Sammiti çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan prezidenti cənab İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş baş tutdu. Tərəflər arasında baş tutmuş görüşdən sonra verilən məlumata əsasən Ermənistan baş naziri və Azərbaycan prezidenti arasında bütün məsələlər üzrə tam razılıq əldə edilməsə də, bəzi məsələlərdə razılaşma əldə edilib. Həmin razılaşmaya əsasən Ermənistan baş naziri Ermənistandan keçməklə Azərbaycan və Naxçıvan arasında dəmiryolu xəttinin açılmasına razılıq verib.

Azərbaycan prezidenti cənab İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında bir sıra humanitar məsələlərin həllində də razılıq əldə edilib. Məhz bunun nətisidir ki, 19 dekabr 2021-ci ildə Azərbaycan tərəfinin yaydığı məlumata əsasən erməni əsilli 10 terrorçu Ermənistan tərəfə qaytarılıb.

Bu isə bir sıra məsələlərlə izah edilə bilər.

1. Azərbaycan regionda sühün, sabitliyin və təhlükəsizliyin təmin olunması üçün təkcə sözdə deyil, eyni zamanda əməli də addımlar atmağa hazırdır və bu da həmin addımların tərkib hissəsidir.
2. Region dövlətləri kənar müdaxilə olmadan da bir-biri ilə dil tapmaq və uzlaşma əldə etmək qabiliyyətinə malikdirlər,
3. Ermınistan tərəfi də anlamağa başlayır ki, onun gələcək siyasi və iqtisadi təhlükısizlik təminatı Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaq yolu ilə mümkündür,
4. Avropa İttifaqının əsas hədəf istiqamətlərindən biri də uzun müddətdir nüfuzunu möhkəmləndirmək istədiyi Ermənistanda əldə etdiyi fürsəti daha yaxşı dəyərləndirməkdən ibarətdir,

Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması üçün qarşılıqlı addımların atılması və Türkiyənin bu prosesi Azərbaycanla koordinasiyalı aparması, həm Türkiyədən, həm də Ermənistanda danışıqlar üçün xüsusi nümayəndələrin təyin edilməsi onu göstərir ki, regionun siyasi konyukturası artıq dəyişməyə doğru gedir. Azərbaycan tərəfinin erməni terrorçularını geri qaytarması da bu dəyişimin tərkib hissəsi ola bilər.

Samir Hümbətov-politoloq
Xəbəri paylaş