Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ETSN-dən havanın qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq



Newscenter.az.19.12.2021. Milli Hidrometeorologiya Xidməti hava şəraitinin qeyri-sabit keçəcəyi haqqında xəbərdarlıq edib.

Xidmətdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 20-si səhər cənub-qərb küləyinin 21-i səhər şimal-qərb küləyi ilə əvəz olunacağı, 15-18 m/s, arabir 20 m/s, yarımadanın bəzi yerlərində arabir 23 m/s-dək güclənəcəyi gözlənilir. 21-i gecə və səhər saatlarında yağış yağcağı ehtimalı var.

Azərbaycanın rayonlarında dekabrın 20-si axşam şimal və qərb rayonlarından başlayaraq 22-si səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi 20-21-də arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
Xəbəri paylaş