Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Göyçay sakinindən qanunsuz saxladığı odlu silah götürülüb



Newscenter.az.19.12.2021. Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, tədbir zamanı rayonun Potu kənd sakini Rövşən Məmmədovdan müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülüb.

Onun barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Mehman[b][/b]
Xəbəri paylaş