Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

QAT rəhbərliyi Ağdamda olub-FOTOLAR



Newscenter.az.19.12.2021. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, sədr müavini Hacı Fərman Məmmədov, Ali Məclisin üzvü Şirzad Pirallahi, təşkilat fəalı Fəzli Qasımov Ağdama səfər ediblər. Quzanlı qəsəbəsində QAT Ağdam şöbəsinin iclası keçirilib.

Newscenter.az xəbər verir ki, QAT sədri Akif Nağı Qarabağ ətrafında hazırkı vəziyyət və təşkilatın vəzifələri ilə bağlı geniş məruzə edib. Sonra məruzə ətrafında Hacı Fərman Məmmədov, Şirzad Pirallahi, Fəzli Qasımov, Xəyalə Xudadatova, Rəhim Məmmədov, Dilqəm Əhmədov, Feruz Hümbətov, Fəqumə Yusifova, Mətləb Təhmazi, Dilbər Abdullayeva, Tural Məmmədov, Asif Əliyev, Nazim İbadov, Əlvan Cəfərov, Rəhman Əhmədov, Rizvan Həsənov, Vahid Nəsiri, Habil İsmayılov, İlhamiz Kərimov, Anar Zeynalov, Cahid İbrahimov və digərləri çıxış edib, fikirlərini bildirib və təkliflərini veriblər. İclasda həmçinin təşkilati məsələlərə də baxılıb.

QAT Ağdam şöbəsinin sədri, Qarabağ Qazisi Rəhim Məmmədov vaxtının az olması ilə bağlı səlahiyyətlərini bitirmək istədiyni bildirib. Ətraflı müzakirələrdən sonra Xəyalə Xudadatova QAT Ağdam şöbəsinin sədri, Rəhim Məmmədov və Tural Məmmədov şöbə sədrinin müavinləri seçiliblər. Sonda iclas adından bəyanat qəbul olunub. Bəyanatda göstərilir : “Azərbaycan xalqı, ordusu, dövlət rəhbərliyi Qarabağda böyük qələbə qazanıb, işğalçı Ermənistan ordusunu darma-dağın edib. Uğurlarımıza baxmayaraq hələ də dövlətin, xalqın qarşısında ciddi, çətin məsələlər dayanır. Ermənilərin təxribatçı cəhdlərinin qarşısı alınmalı, Qarabağın bütün ərazilərində, o cümlədən Xankəndi, Ağdərə, Xocalı və digər ərazilərdə Azərbaycan hakimiyyəti tam şəkildə bərqərar olmalıdır. Eyni zamanda bütün dünyada erməni yalanlarının saxta təbliğatını ifşa edən geniş həcmli işlər həyata keçirilməlidir. Bu istiqamətdə Qarabağ Azadlıq Təşkilatının üzərinə də vəzifələr düşür. Təşkilatımız bu işlərin həyata keçirilməsi üçün tam şəkildə səfərbər olmalı, bütün istiqamətlərdə fəaliyyətini genişləndirməlidir”.

Mehman
Xəbəri paylaş