Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Lənkəranda 17 yaşlı qız intihar edib



Newscenter.az.20.12.2021. Lənkəranda 17 yaşlı qız intihar edib.

“Report”un Cənub Mərkəzi xəbər verir ki, hadisə rayonun Girdəni kəndində baş verib.

Belə ki, 2004-cü il təvəllüdlü A.B. yaşadığı evdə özünü asıb. Hadisədən onun anası xəbər tutub. O, qızını evdə görmədikdə aşağı mərtəbəyə enib və övladını asılmış vəziyyətdə aşkarlayıb.

Meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Xəbərə görə, A.B. anası ilə eyni marketdə işləyirmiş.

Bir müddət əvvəl həmin marketdə çalışan oğlan qızın ailəsinin də razılığını almaq məqsədilə onlara elçi göndərib. Lakin valideynlər bu izdivaca razılıq verməyiblər.
Xəbəri paylaş