Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şahin Seyidzadə: "Bu çox vacib və mühüm qərardır"



Newscenter.az.21.12.2021. "Azərbaycan Respublikası Prezidentinin fərmanından irəli gələrək məktəbəqədər təhsil müəssisələrinə dair bir çox vəzifələrin icrası Azərbaycan Respublikasının Təhsil Nazirliyinə verilib. Bu çox vacib və mühüm qərardır".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Şahin Seyidzadə səsləndirib. Millət vəkili bildirib ki, öncə məktəbəqədər təhsil müəssisələri yerli icra hakimiyyəti orqanlarına tabe olmaqla, onların nəticələrinə də yerli icra hakimiyyət orqanları cavabdeh idi:

"Deməli ölkədə təhsil sistemi və təhsil siyasətinə cavabdeh olan Təhsil Nazirliyi olmaqla, belə məktəbəqədər təhsil pilləsinə təsir etmək imkanları kifayət qədər məhdud idi. Nəticədə, cəmiyyətdə belə fikirlər formalaşıb ki, “məktəbəqədər təhsil müəssisələri” çox zaman “bağça” adlanaraq, sadəcə uşağın sosiallaşma məkanı kimi qəbul olunurdu. Lakin artıq müxtəlif tədqiqatlar onu göstərir ki, uşaq birinci sinifə gedən zaman onun uğurları onun məktəbəqədər təhsilindən asılıdır. 10, 20, 30 il öncə birinci sinifə gedən uşağın bilik səviyyəsi, bugünün uşaqlarından fərqlənirdi. Bugünün uşaqlarından da gözlənti fərqlidir. Uşağın təhsili orta məktəbdən yox, öncəki illərdən başlayır. Bu prosesdə valideyin və məktəbəqədər təhsilin rolu əvəzsizdir".

Deputat qeyd edib ki, fərman ölkədə təhsil sahəsində aparılan islahatın bir parçasıdır:

"Vaxtı ilə verilmiş qərar daha çox “bağca” yanaşmasını inkişaf etdirməklə, “məktəbəqədər təhsil”in inkişafına təkan vermirdi. “Bağca” “məktəbəqədər təhsil” deyil və onu heç bir zaman əvəz edə bilməz! Çox vacib və mühüm qərardır! Təşəkkürlər, cənab Prezident".

NEWSCENTER.AZ
Xəbəri paylaş