Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq Türk Akademiyasının prezidenti Qırğızıstan prezidenti ilə görüşüb



Newscenter.az.21.12.2021Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli bu gün Bişkekdə Qırğızıstan Prezidenti Sadır Japarovla görüşüb.

Newscenter.az Beynəlxalq Türk Akademiyasına istinadən xəbər verir ki, görüşdə tərəflər türk xalqları arasında mədəni-mənəvi əlaqələrin daha da möhkəmləndirilməsi və bu məqsədlər üçün əməkdaşlığın vacibliyi barədə fikir mübadiləsi aparıblar.

Prezident Sadır Japarov Qırğızıstan-Qazaxıstan ikitərəfli əlaqələrini möhkəmləndirməyə və inkişaf etdirməyə hər zaman hazır olduğunu qeyd edib.
Qırğızıstan Prezidenti xalqlar arasında yaxşı qonşuluq münasibətlərinin möhkəmləndirilməsi məqsədilə Akademiya prezidentinin Qırğızıstana səfərinə görə Darxan Kıdıralıya təşəkkür edib, Sadr Japarov Akademiyanın işini yüksək qiymətləndirdiyini bildirib.

Dövlət başçısı həmçinin Beynəlxalq Türk Akademiyasının ilk prezidenti Darxan Kıdırəlinin türk xalqlarının elm və təhsilinin inkişafına mühüm töhfələr verdiyini və bu kimi təşəbbüslərin dəstəkləməsinin vacibliyini bildirib.

Darxan Kıdıralı da görüş imkanına görə Qırğızıstan Prezidentinə təşəkkür edib, Beynəlxalq Türk Akademiyasının prioritetlərini və planlarını dövlət başçısına çatdırıb. Bildirib ki, Qırğızıstanlı dövlət adamı Yusup Abdrahmanovun 120 illik yubileyi münasibətilə Beynəlxalq Türk Akademiyası bu ili Cusup Abdrahmanov ili elan edib.

NEWSCENTER.AZ
Xəbəri paylaş