Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Şahin Seyidzadə fərdi vətəndaş qəbulu keçirib-FOTOLAR



Newscenter.az.21.12.2021. 50 saylı Qobustan-Abşeron seçki dairəsindən parlamentə seçilmiş deputat Şahin Seyidzadə seçiciləri ilə müntəzəm olaraq görüşlər keçirir.

Millət vəkili dekabr 21-də Qobustan rayonu Çuxanlı kəndində Çuxanlı, Təklə və Çalov kəndlərindən olan vətəndaşların iştirakı ilə fərdi qəbul həyata keçirib.

Newscenter.az Şahin Seyidzadənin Deputat Qərargahına istinadən xəbər verir ki, millət vəkili seçicilərin problemlərini dinləyib, onları narahat edən məsələlərlə maraqlanıb.

Qəbulda vətəndaşlar tərəfindən əsasən, məşğulluq, sosial müdafiə, sağlamlıq, təhsil, kənd təsərrüfatı, infrastruktur və torpaq mövzuları ətrafında müraciətlər səsləndirilib.

NEWSCENTER.AZ
Xəbəri paylaş