Newscenter.az.21.12.2021. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Mirqurbanlı kənd sakini İltifat Əliyevdən bir ədəd müvafiq sənədləri olmayan “Tula" markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı Neftçala RPŞ-də araşdırmalar aparılır.
Mehman