Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxt məktəblərində 467 722 şagird təhsil alır



Newscenter.az.21.12.2021. BŞTİ-nin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.

Newscenter.az İdarəyə istinadən xəbər verir ki, BŞTİ-nin tabeliyindəki məktəblərdə 467 722 şagirdin təlim-tərbiyəsi ilə 28 226 müəllim məşğul olur.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 46 479, IX siniflərində 35 452, XI siniflərində 23 677, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 134 nəfər təhsil alır.

R.Mehdiyeva
Xəbəri paylaş