Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin xarici telekanallara, qəzetlərə verdiyi müsahibələr Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında xüsusi rol oynayır



Newscenter.az.21.12.2021. Ölkə başçımızın İspaniyanın “El Pais" qəzetinə müsahibəsi bir sıra mühüm məqamlarla, çağırışlarla və sitatlarla yadda qaldı. Hər zaman olduğu kimi bu dəfə də Ali Baş Komandanımız İlham Əliyev müsahibə zamanı Azərbaycanın prinsipial mövqeyini nümayiş etdirdi.

Jurnalistin verdiyi suallara dolğun, konkret, məntiqli və detallı şəkildə cavab verən cənab Prezident İlham Əliyev, bir sıra mühüm məqamlara toxunaraq post müharibə dövrünü dəqiqliklə xarakterizə etmiş oldu.

Müsahibə zamanı ilk olaraq sərhəddə hərbi əməliyyatlar başa çatdıqdan sonra Ermənistan tərəfinin törətdiyi təxribatlara toxunan Azərbaycan Prezidenti, bir daha Azərbaycanın sülh və sabitlik tərəfdarı olduğunu ifadə etdi. Əlbətdə İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğramış revanşist erməni qüvvələri, bu məğlubiyyəti həzm edə bilmir, qisas almaq cəhdlərindən əl çəkmir, sərhəddə müxtəlif hərbi təxribatlar törətməyə çalışır. Bu mənada biz, Rusiya sülhməramlılarının Qarabağda məsuliyyət daşıdığı ərazidəki vəziyyətin Ermənistan-Azərbaycan sərhədi ilə müqayisədə xeyli sabit olmasını müşahidə edirik.

Cənab Prezident İlham Əliyev müsahibəsi zamanı Azərbaycanın sülhsevər və humanist mövqeyini və regionda sülhün təmin olunmasında maraqlı olmasına baxmayaraq Ermənistan tərəfində təmamilə fərqli vəziyyətin hökm sürməsini xüsusilə qeyd etdi. Dünya ictimaiyyəti Ermənistanın regionda sülh və sabitliyin təmin olunmasında maraqlı olmadığını və Ermənistan rəhbərliyinin hələ də Azərbaycanın sülh çağrışlarına heç bir cavab vermədiyinin şahidi olur.

Ermənistan tərəfinin fəaliyyəti yalnız Azərbaycanın hər hansı bir səbəb olmadan Ermənistanın ərazisinə müdaxilə etməsi kimi əsassız iddialarla çıxış etməkdən ibarətdir. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan Ermənistana sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı bir sıra təkliflər irəli sürsədə, Ermənistan tərəfi məsələnin həllinin uzatmaqla yanaşı dövlət sərhədində dəfələrlə hərbi təxribatlar törətməyə cəhd edir. Cənab Prezident bir daha bəyan etdi, Azərbaycan tərəfi ümumi vəziyyətə nəzarət edir və müzəffər Azərbaycan ordusu sərhəddə təhdid və təhlükə yarada biləcək istənilən cəhdin qarşısını dərhal alacaq.

Daha sonra hərbi əsirlər məsələsinə toxunan cənab Prezident İlham Əliyev, Azərbaycanın İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Ermənistandan öncə bütün hərbi əsirləri azad etməsini diqqətə çatdırdı. Əlbətdə bu amil, Azərbaycan dövlətinin və ölkə Başçısı Cənab İlham Əliyevin humanistliyinin bariz göstəricidir. Hazırda saxlanılan şəxslərin isə hərbi əsir olmadığını bildirən Azərbaycan prezidenti, həmin şəxslərin müharibə başa çatdıqdan sonra terror törətmək məqsədilə göndərildiyini əsaslı faktlarla sübut etdi və cinayət törətmiş həmin terrorçuların Azərbaycan qanunvericiliyi çərçivəsində mühakimə olunacaqlarını bildirdi.

Müsahibələri zamanı mövcud reallıqları ortaya qoyaraq, Ermənistan mifini məhv edən cənab Prezident İlham Əliyevin hər bir müsahibəsi tarixə mütərəqqi hadisə kimi həkk olunur.

İstər beynəlxalq müşahidəçilərin, istərsə də hərbi ekspertlərin dəyərləndirməsinə əsasən İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan XXI əsrin müharibəsini aparmışdır. Heç şübhəsiz XXI əsrin müharibəsi adını qazanmış İkinci Qarabağ müharibəsindəki möhtəşəm qələbənin müəllifi Müzəffər Ali Baş Komandan, Tarix Yazan Sərkərdə,hər bir Azərbaycanlının fəxri, Cənab Prezidentimiz İlham Əliyevdir. Məhz bu möhtəşəm qələbə Prezident, Ali Baş Komandan, İlham Əliyevin yuxusuz gecələrinin, böyük sərkərdəlik bacarığının, illər ərzində apardığı və zərgər dəqiqliyi ilə hesabladığı siyasətin nəticəsində mümkün olmuşdur.

Sədaqət Vəliyeva-Milli Məclisin deputatı
Xəbəri paylaş