Newscenter.az.22.12.2021. "Azərbaycan dəmir yolları" QSC hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar sərnişinlərə müraciət edib.
Newscenter.az QSC-yə istinadən xəbər verir ki, dekabrın 23-24-də Bakıda və Abşeron yarımadasında havanın kəskin pisləşəcəyi, yağıntılı olacağı, küləyin sürətinin artacağı gözlənilir.
"Məlumat üçün bildirək ki, təlimata uyğun olaraq, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün maşinist küləyin sürətinin yüksək olduğu ərazilərdə (dəniz kənarında, açıq sahələrdə) qatarın sürətini azalda bilər. Belə şəraitdə qatarların hərəkətində gecikmələrin yaranması ehtimalı var.
Səfərlərinizi planlaşdırdığınız zaman bunu nəzərə almağınızı, həmçinin platformalarda diqqətli olmağınızı və təhlükəsizlik qaydalarına riayət etməyinizi xahiş edirik", - məlumatda qeyd edilir.
Sevinc