Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BDU-nun şöbə müdiri vəfat edib



Newscenter.az.22.12.2021. Bakı Dövlət Universitetinin Tədris prosesinin təşkili şöbəsinin müdiri dosent Adil Xasayev vəfat edib.

Bu barədə Universitetdən məlumat verilib.

Qeyd edək ki, 76 yaşında dünyasını dəyişən A. Xasayev 1968-1970-ci illər mərkəzi geoloji-kəşfiyyat Elmi Tədqiqat İnstitutunun Bakı laboratoriyasında kiçik elmi işçi, 1970-ci ildə BDU-nun Faydalı qazıntılar kafedrasının əyani aspirantı olub, sonralar dosenti kimi çalışıb. "Faydalı qazıntı yataqlarının kəşfiyyatının texnikası" fənnini tədris edib. 1992-2016-cı illərdə Geologiya fakültəsinin dekanı vəzifəsində çalışıb.

150-dən artıq elmi əsərin , o cümlədən 2 monoqrafiya, 5 dərslik və 10-dan artıq metodik göstəriş və proqramların müəllifi olub.
Xəbəri paylaş