Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu il Bakıda 2284 məktəbi təhsili fərqlənmə attestatı ilə başa vurub



Newscenter.az.22.12.2021. 2021-ci ildə BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərini 2 284 nəfər məktəbi fərqlənmə attestatı ilə başa vurub.
Onlardan 1520 nəfər ümumi orta təhsil (IX sinif) səviyyəsi üzrə, 764 nəfər isə tam orta təhsil (XI sinif) səviyyəsi üzrə fərqlənmə attestatı alıb.

Newscenter.az İdarəyə istinadən xəbər verir ki, hesabat dövründə BŞTİ-nin tabeliyindəki məktəbləri 2021-ci ildə 30 məzun qızıl və gümüş nişanla başa vurub.

Belə ki, 2020-2021-ci tədris ili üzrə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 21-i qızıl, 9-u gümüş nişana layiq görülüb.

62 Bakı məktəblisi isə 2021-ci ildə Respublika Fənn Olimpiadalarının qalibi olub. Respublika Fənn Olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 8-i qızıl, 28-i gümüş, 26-sı bürünc medal əldə edib.

R.Mehdiyeva
Xəbəri paylaş