Newscenter.az.22.12.2021. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Gəncə Peşə Hazırlığı Mərkəzində "Mühafizəçi" və "Ofisiant" peşələri üzrə hazırlıq kurslarına start verilib.
Newscenter.az DMA-ya istinadən xəbər verir ki, 6 saylı Ərazi məşğulluq filialı ilə “İmperial” restoranlar şəbəkəsi və “Vətən-N Mühafizə Xidməti” MMC şirkəti arasında imzalanan müqaviləyə əsasən təşkil edilən kurslara ümumilikdə 24 işsiz şəxs cəlb edilib. Peşə kursunun müddəti 1 aydır.
Peşəkar mütəxəssislər tərəfindən müdavimlərə nəzəri biliklərlə yanaşı, istehsalat təcrübəsi zamanı praktiki bilik və bacarıqlar da tədris olunacaq.
Peşə hazırlığı kursunu müvəffəqiyyətlə bitirən şəxslər müvafiq olaraq işlə təmin olunacaqlar.
Sevinc