Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərəb dünyası-Azərbaycan münasibətləri: tarixi əlaqələr və səmərəli inkişaf



Newscenter.az.22.12.2021. İslam dünyasının nüfuzlu və fəal üzvü olan Azərbaycan Respublikasının ərəb dünyası ilə möhkəm və dərin tarixi əlaqələri var.

Ötən əsrin 90-cı illərində Azərbaycan tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra mərhum prezident, ümummilli lider Heydər Əliyev ölkənin mənafeyinə xidmət edən düzgün xarici siyasət kursu həyata keçirmiş, yaxın və uzaq ölkələr, o cümlədən ərəb ölkələri ilə əlaqələri inkişaf etdirmişdi.

Ərəb dünyası ilə Azərbaycan münasibətlərinin inkişafında mərhum prezident Heydər Əliyevin böyük xidmətləri olub.

Qarabağ probleminin, Azərbaycan ərazilərinin işğalı faktını İslam dünyasına çatdırmaq üçün Heydər Əliyev rəsmi Bakı ilə ərəb ölkələri arasında münasibətləri inkişaf etdirməyə başladı.

Azərbaycanın İslam dünyası ilə əlaqələrini inkişaf etdirmək üçün Heydər Əliyev bir çox -ərəb ölkələrində səfərlərdə olmuş, İslam Əməkdaşlıq Təşkilatının iclaslarında iştirak etmişdi. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının çətiri altında ərəb ölkələri ilə bağlarını daha da möhkəmlətdi.

Məhz Heydər Əliyevin əməyi sayəsində İslam dünyası İslam Əməkdaşlıq Təşkilatı səviyyəsində Ermənistanın işğalçılıq siyasətini pisləmiş, faşist Ermənistana qarşı İslam dünyası qəti mövqe nümayiş etdirmişdi.

Ərəb dünyası ilə Azərbaycan arasında əlaqələr bütün sahələrdə olduğu kimi, iqtisadi, siyasi və sosial sahələrdə də böyük əhəmiyyət və yüksəliş əldə edir. Xüsusilə Prezident İlham Əliyevin hakimiyyəti illərində bu əlaqələr yüksəliş və tərəqqiyə doğru yan alıb.

Bu gün Azərbaycanda ərəb dilinin, ərəblərin tarixi və mədəniyyətinin öyrənilməsinə xüsusi diqqət yetirilir. Məlumdur ki, bir çox Azərbaycan şairləri orta əsrlərdə ərəıb dilində çoxlu sayda böyük əsərlər yazıblar. Ərəb dilində olan bu böyük əsərlər böyük mədəni əməkdaşlıq rolunu oynayır.

Prezident İlham Əliyev də dövlət başçısı kimi bir çox ərəb ölkələrinə, eləcə də Ərəb Dövlətləri Liqasına səfər etmiş və burada Ərəb Dövlətləri Liqasının o vaxtkı Baş katibi cənab Əmr Musa tərəfindən qəbul edilmiş və ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair danışıqlar aparılmışdı.
Bir sözlə Prezident İlham Əliyevin ərəb ölkələrinə səfərləri Azərbaycanın ərəb dünyası ilə münasibətlərinin inkişafında və yeni mərhələnin başlanmasında böyük rol oynayıb.

Onu da qeyd etmək lazımdır ki, ərəb dövlətləri daim müstəmləkəçi Ermənistanın Azərbaycan torpaqlarını azad etməsindən yana olub, Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində azad edilməsi məqsədilə Birləşmiş Millətlər Təşkilatının qətnamələrinin yerinə yetirilməsində prinsipial olaraq tam şəkildə Azərbaycanın yanında yer alıb.

Azərbaycan amansız erməni işğalı nəticəsində qaçqın və məcburi köçkün problemi ilə üzləşdiyi vaxtda da ərəb ölkələri Azərbaycana humanitar yardım göstərib, müxtəlif sahələrdə əlaqələrin möhkəmləndirilməsinə dəstək olublar.

Bunun nəticəsidir ki, Azərbaycanda əldə olunan iqtisadi və inkişaf uğurları fonunda Azərbaycan ilə bir çox ərəb ölkələri arasında iqtisadi-ticarət əlaqələri möhkəmlənmişdir.

Əbdül Həmid Əl-Kibi, gənc Yəmən yazıçısı


Xəbəri paylaş