Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabirabadda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanılıb



Newscenter.az.22.12.2021. Sabirabad rayonu Kürkəndi kənd sakini İslam Cəbrayılova COVID-19 testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilsə də, adıçəkilən şəxs qaydaları pozaraq yaşadığı ünvanı tərk edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən onun qanunazidd hərəkətinin qarşısı alınıb və yaşadığı ünvana geri qaytarıblar.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.

Mehman
Xəbəri paylaş