Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sədaqət Vəliyeva beynəlxalq konfransda çıxış edib



Newscenter.az.22.12.2021. Milli Məclisin deputatı, səhiyyə komitəsinin üzvü Sədaqət Vəliyeva, 21 Dekabr tarixində Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin regional vərəm proqramının (TB REP) beynəxalq virtual konfransında məruzə ilə çıxış edib.

Newscenter.az xəbər verir ki, çıxış edən Sədaqət Vəliyeva, Azərbaycanda vərəmlə mübarizə çərçivəsində son illər ərzində dövlət tərəfindən və Milli Məclis səviyyəsində görülmüş işlər, həyata keçirilmiş əhəmiyyətli görüşlər, tədbirlər barəsində konfrans iştirakçılarına ətraflı məlumat verib. Çıxış, iştirakçılar tərəfindən böyük maraqla izlənildi və Azərbaycanda görülmüş işlər təqdirəlayiq hesab olundu.

Qeyd edək ki, insanların ehtiyaclarına yönəlmiş vərəm xidmətlərinin region ölkələrində təbliğ edilməsi məqsədilə təşkil edilmiş konfransda dünyanın on bir ölkəsindən (Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Ukrayna Özbəkistan və Ermənistan) məruzəçilər çıxış edib.

Ruhiyyə
Xəbəri paylaş