Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

84 məktəbdə monitorinqlər keçirilib



Newscenter.az.23.12.2021. BŞTİ tərəfindən ümumi təhsil müəssisələrində tədris prosesinin effektiv təşkili və idarə olunması, təlim-tərbiyənin təşkili vəziyyətini müşahidə etmək məqsədilə 7 qrupdan ibarət komissiya yaradılıb və operativ monitorinqlər həyata keçirilib.

Newscenter.az xəbər verir ki, ilkin mərhələdə 84 məktəbdə həyata keçirilən monitorinqlər inklüziv təhsil siniflərini də əhatə edib.

Qeyd edək ki, monitorinqlərin sistemli və ardıcıl şəkildə davam etdirilməsi və bütün ümumi təhsil müəssisələrini əhatə etməsi nəzərdə tutulur.

Monitorinq prosesi yekunlaşdıqdan sonra təhlillər aparılaraq zəruri inkişafetdirici tədbirlər görüləcək.

R.Mehdiyeva
Xəbəri paylaş