Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda neçə nəfər peyvənd olunub?



Newscenter.az.23.12.2021. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə 27 494 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 952, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 468, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21 074 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 152 952, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 150 711, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 649 537, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 349 236 təşkil edir.
Xəbəri paylaş