Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Jalə Əhmədova seçicilərl ilə görüşüb-FOTOLAR



Newscenter.az.23.12.2021. Milli Məclisin deputatı Jalə Əhmədova dekabrın 23-də Salyan rayonunun Aşağı Kürkənd kəndində yaşayan seçicilərinin qəbulunu keçirib.

Newscenter.az xəbər verir ki, bu barədə millət vəkili özünün facebook səhifəsində məlumat verib. Millət vəkili qeyd edib ki, Salyan rayonu A.Əliyev adına Aşağı Kürkənd kənd tam orta məktəbində təşkil edilən qəbul zamanı vətəndaşları dinləyib, onları narahat edən məsələlərlə bağlı qeydiyyatlar apararaq problemlərin həlli üçün səlahiyyətləri çərçivəsində lazımi köməklik göstərəcəyimi bildirib.

"Seçicilərim əsasən iş, məşğulluq, pensiya və torpaq məsələlərini diqqətə çatdırdılar. Şəhid ailələri və qazilər ev və torpaq problemlərinin həllində köməklik göstərməyimi xahiş etdilər. Qəbulda iştirak edən yerli bələdiyyə və icra hakimiyyətinin nümayəndələri, şəhid ailələri və qazilərin torpaq məsələsinin tez bir vaxtda həll ediləcəyini bildirdilər".

Deputat onu da qeyd edib ki, seçici qəbulunun keçirildiyi məktəb Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib: "Geniş, işıqlı, istilik sistemi ilə tam təchiz edilmiş A.Əliyev adına Aşağı Kürkənd kənd tam orta məktəbi ən müasir tələblərə cavab verən təhsil ocaqlarımızdan biridir və burada şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb. Məktəbdə 18 sinif otağı, fənn kabinetləri, laboratoriyalar, yeməkxana, tibb otağı, kitabxana, idman və akt zalları, kompüter otaqları fəaliyyət göstərir. 360 şagird yerlik təhsil ocağı yeni invertar, əyani və texniki vasitələrlə tam təchiz olunub. Ölkəmizdə gənc nəslin təlim-tərbiyəsi, təhsili və inkişafı istiqamətində yüzlərlə layihələr həyata keçirən Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya həm öz adımdan, həm də Aşağı Kürkənd kənd sakinləri adından dərin təşəkkürlərimi bildirirəm".



Ruhiyyə
Xəbəri paylaş